Avropa ölkələrinin liderləri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya və Panama kanalı ilə bağlı son bəyanatlarını anlamayıblar.
Qaziler.az “Associated Press”ə istinadla xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib. Onun sözlərinə görə, sərhədlərin toxunulmazlığı prinsipinə bütün ölkələr hörmət etməlidir.
Kansler Trampın sözlərindən sonra digər Aİ liderləri ilə danışıqlar apardığını açıqlayıb. O əlavə edib ki, “sərhədlər zorla dəyişdirilə bilməz”.
“Məsələ ilə bağlı avropalı tərəfdaşlarımızla apardığım danışıqlar zamanı ABŞ-dən gələn son bəyanatlarla bağlı müəyyən anlaşılmazlıq açıq şəkildə ifadə olundu”, - Şolts vurğulayıb.
QAZİLER.AZ