Amerikada hakimiyyət yeni seçilmiş prezident Donald Trampa keçdikdən sonra Moskva və Vaşinqton böyük saziş bağlaya bilər.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.
Mənbənin sözlərinə görə, saziş Ukrayna və NATO da daxil olmaqla təhlükəsizlik prinsiplərini təsbit edəcək.
“Bəli. Administrasiya dəyişikliyini nəzərə alaraq...”, - TASS mənbənin sözlərini sitat gətirib.
Tramp komandasının sözçüsü ABŞ-nin yeni səfiri kimi kimin Rusiyaya gələcəyini dəqiqləşdirə bilməyib. Həmsöhbət Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun Kiyevə səfərinin təxirə salındığını da təsdiqləyib.
QAZİLER.AZ