Blinken Türkiyənin kürdlərə qarşı keçirdiyi əməliyyata ETİRAZ ETDİ

Blinken Türkiyənin kürdlərə qarşı keçirdiyi əməliyyata  ETİRAZ ETDİ backend

ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken bildirib ki, Vaşinqton Türkiyənin Suriyada Kürdüstan Fəhlə Partiyasına qarşı əməliyyat keçirməsini görmək istəməzdi.

Qaziler.az TASS-a istinadən xəbər verir ki, Blinken açıqlamasında Amerikanın hadisələrin bu cür inkişafının qarşısını almağa çalışdığını deyib.

“Bunun baş verməməsi üçün çox çalışdıq. Biz bunu davam etdirəcəyik, əminəm ki, yeni administrasiya da bunu edəcək”, - dövlət katibi bildirib.

ABŞ Dövlət Departamentinin internet saytı Blinkenin müavini Con Bassın Ankaraya səfərini elan edib. İşgüzar səfərin yanvarın 9-dan 10-dək baş tutacağı qeyd olunub.

Türkiyədə Bass Türkiyənin yüksək vəzifəli hökumət rəsmiləri ilə görüşərək Suriyadakı mövcud vəziyyəti müzakirə edəcək. Diplomat Suriyada hakimiyyətin sülh yolu ilə siyasi keçidinin vacibliyini vurğulamağa davam edəcək. Bass həmçinin respublikanın terrorizm üçün baza kimi istifadə edilməsinin qarşısının alınması ilə bağlı toplantılarda iştirak edəcək.

QAZİLER.AZ

Diaspora