Mask Kanadanın baş naziri Trüdonu ABŞ-a qatılmaqdan imtina etdiyinə görə qız adlandırıb
Amerikalı sahibkar İlon Mask Kanadanın baş naziri Castin Trüdonun ABŞ-a qatılmaqdan qəti şəkildə imtina etməsi ilə bağlı sözlərindən sonra onu qız adlandırıb.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, bu barədə o, X sosial şəbəkəsində Kanada liderinin paylaşımına cavab olaraq yazıb.
"Qız, sən artıq Kanadanın qubernatoru deyilsən, ona görə də nə dediyinin əhəmiyyəti yoxdur", - deyib.
Belə ki, İlon Mask Trüdonun hakim Liberal Partiyası və müvafiq olaraq ölkə hökumətinin başçısı vəzifəsindən tezliklə istefa verməsi ilə bağlı son xəbərlərə istinad edib. Bu açıqlamadan qısa müddət sonra ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bir daha Kanadanı 51-ci ştat olaraq ABŞ-a qoşulmağa dəvət edib.
QAZİLER.AZ
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
