Tohoku Universiteti: Yaponiya 2720-ci ilə qədər 14 yaşından kiçik bir uşaq qalacaq
Uşaqların doğum səviyyəsinin aşağı düşməkdə davam etdiyi Yaponiyada 2720-ci ilə qədər 14 yaşına çatmamış yalnız bir uşaq qalacaq.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 8-də “Japan Times” qəzeti Tohoku Universitetinin professoru Hiroşi Yoşidanın hesablamalarına istinadən məlumat yayıb.
"2720-ci il yanvarın 5-nə qədər ölkədə 14 və ya daha aşağı yaşda yalnız bir uşaq olacaq", - dedi.
Professor Tohoku oxşar məlumatları 2012-ci ildən dərc edir. Ən son hesablamalar Yaponiyanın 2024-cü il üçün doğum statistikasına əsaslanır.
QAZİLER.AZ