Yanvarın 7-də Venesuelada prezident Nikolas Maduronun andiçmə mərasimi ərəfəsində terror aktları planlaşdırdıqları iddiası ilə yeddi əcnəbi “muzdlu” həbs edilib. Onların arasında Ukrayna vətəndaşları da var.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.
Maduronun sözlərinə görə, saxlanılanlar arasında ABŞ-dan iki, Kolumbiyadan iki, Ukraynadan üç nəfər var.
“Bu gün biz yeddi əcnəbi muzdlu, o cümlədən iki mühüm amerikalı muzdlu əsir götürdük”, – prezident deyib.
Venesuela hakimiyyəti iddia edir ki, saxlanılan şəxslər vitse-prezident və karbohidrogenlər naziri Delsi Rodrigesə hücumlar planlaşdırırdılar. Bundan əlavə, məhbusların dövlət xidmətlərinə və digər “Bolivar İnqilabının liderlərinə” (1998-ci ildə Venesuela prezidenti Uqo Çavesin seçilməsindən sonra yaradılmış kütləvi ictimai-siyasi hərəkat) qarşı “terror aktları” planlaşdırdıqları da iddia edilir.
Maduro həmçinin Argentina hökumətini Rodrigesə qarşı sui-qəsdin hazırlanmasında iştirakda ittiham edib və bunu Venesuelaya qarşı yönəlmiş “beynəlxalq faşist təcavüzünün” bir hissəsi adlandırıb.
QAZİLER.AZ