ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp altı ay ərzində Rusiya-Ukrayna müharibəsini dayandıra biləcəyinə ümid etdiyini bildirib.
Qaziler.az bildirir ki, bu barədə onun mətbuat konfransına istinadən "C-SPAN" məlumat yayıb.
Trampın fikrincə, o, prezident olsaydı, münaqişə başlamazdı. Yeni seçilmiş lider Ukraynadakı vəziyyəti hakimiyyətdən gedən ABŞ prezidenti Co Baydenin “fiaskosu” adlandırıb.
Eyni mətbuat konfransında Tramp bildirib ki, Ukraynanın NATO-ya daxil olmasının yolverilməz olduğunu bəyan edən Rusiyanın hisslərini anlayır. Tramp bildirib ki, uzun illər, hətta Vladimir Putinin prezidentliyindən əvvəl də Rusiya NATO-nun Ukrayna ilə əlaqələndirilməməsinin lazım olduğunu deyib.
"Sanki daşla yazılmışdır"- deyib.
QAZİLER.AZ