Tramp altı aya Ukraynadakı müharibəyə son qoyacağına söz verib

Tramp altı aya Ukraynadakı müharibəyə son qoyacağına söz verib backend

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp altı ay ərzində Rusiya-Ukrayna müharibəsini dayandıra biləcəyinə ümid etdiyini bildirib.

Qaziler.az bildirir ki, bu barədə onun mətbuat konfransına istinadən "C-SPAN" məlumat yayıb.

Trampın fikrincə, o, prezident olsaydı, münaqişə başlamazdı. Yeni seçilmiş lider Ukraynadakı vəziyyəti hakimiyyətdən gedən ABŞ prezidenti Co Baydenin “fiaskosu” adlandırıb.

Eyni mətbuat konfransında Tramp bildirib ki, Ukraynanın NATO-ya daxil olmasının yolverilməz olduğunu bəyan edən Rusiyanın hisslərini anlayır. Tramp bildirib ki, uzun illər, hətta Vladimir Putinin prezidentliyindən əvvəl də Rusiya NATO-nun Ukrayna ilə əlaqələndirilməməsinin lazım olduğunu deyib.

"Sanki daşla yazılmışdır"-  deyib.

QAZİLER.AZ

Diaspora