ABŞ aviaşirkətinə məxsus təyyarənin eniş dəstində 2 cəsəd tapılıb

ABŞ aviaşirkətinə məxsus təyyarənin eniş dəstində 2 cəsəd tapılıb backend

ABŞ-ın Florida ştatında beynəlxalq hava limanına enən "JetBlue" aviaşirkətinə məxsus təyyarənin eniş dəstində iki cəsəd tapılıb.

Aviaşirkətdən verilən açıqlamada, Nyu-Yorkdan havaya qalxan və Floridanın Fort Lauderdale-Hollywood Beynəlxalq Hava Limanına enən "JetBlue" təyyarəsinin eniş şassisində gizlənən iki nəfərin donaraq öldüyü bildirilib.

Məlumatda cəsədlərin təyyarə eniş etdikdən sonra adi yoxlama zamanı tapıldığı deyilib və əlavə edilib: "Onların təyyarəyə necə daxil olduqları hələ də araşdırılır". 

Bildirilib ki, Airbus A320 tipli təyyarə sonuncu dəfə bazar ertəsi gecə Nyu-York Con Kennedi Beynəlxalq Hava Limanından 1801 saylı reyslə Floridaya enib.

ABŞ mətbuatında sözügedən iki şəxsin “Yamayka vətəndaşı” olması ilə bağlı xəbərlər hələ də rəsmi orqanlar tərəfindən təsdiqini tapmayıb.

QAZİLER.AZ