"Prezident Ərdoğan mənim dostum və hörmət etdiyim insandır. Düşünürəm ki, o da mənə hörmət edir" deyib.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, bunu ABŞ-ın seçilmiş prezidenti Donald Tramp deyib.
ABŞ-ın yeni seçilmiş prezidenti Tramp Floridadakı Mar-a-Laqo şəhərciyində keçirdiyi mətbuat konfransında xarici gündəmi ilə bağlı qiymətləndirmələr edib.
Əvvəlki prezidentliyi dövründə müharibələrdən qaçdığını xatırladan Tramp Suriyadakı Amerika əsgərlərini çıxarıb-çıxarmayacağı və ölkədəki proseslərlə bağlı açıqlamalarında Türkiyənin əhəmiyyətini vurğulamışdı.
İlk prezidentlik dövründə Suriyada terror təşkilatı DEAŞ-ı məğlub etdiyini və əsgərlərinin əksəriyyətini ölkədən çıxardığını bildirən Tramp, mövcud vəziyyətlə bağlı suallar qarşısında Ankaranın əhəmiyyətinə diqqət çəkib.
ABŞ-nin yeni seçilmiş prezidenti Suriyadakı təxminən 2 min Amerika əsgərini geri çəkib çəkməyəcəyinizlə bağlı suala : "Bunu sizə deməyəcəyəm, çünki bu, hərbi strategiyanın bir parçasıdır. Ancaq bunun Türkiyə ilə bağlı bir vəziyyət olduğunu deyə bilərəm" - cavabını verib.
Suriya ilə bağlı məsələlərdə Türkiyənin əhəmiyyətinə diqqət çəkən Tramp: "Prezident Ərdoğan mənim dostum və hörmət etdiyim birisidir. Onun da mənə hörmət etdiyini düşünürəm" deyib.
QAZİLER.AZ