McDonald's-ın yüzlərlə əməkdaşı şirkəti məhkəməyə verib

McDonald's-ın yüzlərlə əməkdaşı şirkəti məhkəməyə verib backend

İngiltərədəki fast food şəbəkəsi McDonald's-ın bir neçə yüz keçmiş və indiki işçisi iş yerində təzyiqlərə görə şirkətə qarşı iddia qaldırıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Leigh Day hüquq firması məlumat yayıb.

Qeyd olunur ki, hazırda bu şəbəkənin 450-dən çox restoranı məhkəmə proseslərində iştirak edir, iddiaçıların sayı isə 700 nəfərdən çoxdur.

“19 və daha aşağı yaşda olan 700 McDonald's müştərisi seksual qısnama iddiaları vermək üçün hüquq firmamızla əlaqə saxlayıb”, – yazıda deyilir.

Qeyd olunur ki, zərərçəkmişlər iş yerində irqçilik, təqib və əlilliyə görə ayrı-seçkilik halları ilə bağlı hekayələri vəkillərlə bölüşüblər.

QAZİLER.AZ

Diaspora