Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb, 188 nəfər yaralanıb,
Qaziler.az bildirir ki, bu barədə Zakon.kz xəbər verir.
"Sinxua" agentliyinin məlumatına görə, hazırda 126 ölü və 188 yaralı məlumdur.
Bundan əvvəl Çin Mərkəzi Televiziyası 95 nəfərin öldüyünü, 130 nəfərin yaralandığını açıqlamışdı.
Şiqadse şəhəri yaxınlığında - Çinin cənub-qərbində, Nepalla sərhədə yaxın Tibet Muxtar Vilayətində zəlzələ 2025-ci il yanvarın 7-də yerli vaxtla saat 9:05-də qeydə alınıb. Şahidlərin sözlərinə görə, güclü təkanlar Bihar, Assam və Qərbi Benqal ştatlarında hiss olunub. Sakinlər təşviş içində evlərini tərk ediblər.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin gücü 7,1 bal olub. Çin Seysmik Mərkəzi 6,8 bal gücündə qiymətləndirib.
QAZİLER.AZ