Qətl hadisəsində təqsirli bilinən iki məhbus federal məhkəmədən edam cəzasını ləğv etməməyi xahiş edib.
Qaziler.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Daha əvvəl ABŞ prezidenti Co Baydenin onları əfv etdiyi və ömürlük azadlıqdan məhrumetmə cəzasını ləğv edildiyi bildirilib.
Aydınlaşdırılır ki, 2024-cü ilin sonunda Amerika lideri edama məhkum edilmiş 40 nəfərdən 37-nin cəzasını şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbslə əvəz etmək qərarına gəlib. Lakin əfv olunan iki məhbus lazımi sənədləri imzalamaqdan imtina edib.
Telekanalın məlumatına görə, İndiana ştatında cəza çəkən Şennon Aqofski və Len Devis hesab edirlər ki, cəzanın yüngülləşdirilməsi ilə razılaşmaq onların hökmlərindən apellyasiya şikayətini çətinləşdirə bilər. Hər iki məhkum mühakimə olunduqları cinayətləri törətməkdə təqsirli olduqlarını etiraf etmirlər.
QAZİLER.AZ