Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari Suriya və Türkiyə vasitəsilə kontinental Avropaya mümkün qaz tədarükü ilə bağlı yayılan məlumatları şayiə adlandırıb.
Qaziler.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.
"Biz hamımız bu qaz kəməri ilə bağlı medianın spekulyasiyasını görmüşük, bu, medianın yaydığı şayiədən başqa bir şey deyil", - qətərli nazir deyib.
Bu günlərdə Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar Suriyada sabitliyin təmin olunması şərti ilə Qətərdən qazın Suriya və Türkiyə əraziləri vasitəsilə Avropaya nəqlinin mümkünlüyünü açıqlamışdı. Qətər-Türkiyə qaz kəmərinin tikintisi imkanları 2009-cu ildən müzakirə edilir, lakin Ankaranın bildirdiyinə görə, belə bir layihə rəsmi Dəməşqin mövqeyinə görə təxirə salınıb.
Yanvarın əvvəlində bildirilib ki, Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılmasından sonra Türkiyə boru kəməri qazının Avropaya çata biləcəyi yeganə quru yoludur.
QAZİLER.AZ