Orientasiyalarına görə ordudan tərxis ediləcək ABŞ ordusunun veteranları fəxri statusa yüksəldiləcəklər.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumat dərc edib.
Söhbət təxminən 30 min veterandan gedir. Qeyd olunub ki, bu, onların tibbi və digər imtiyazlardan istifadə hüququnu təmin edəcək.
Bundan əvvəl ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın ölkənin silahlı qüvvələrinin bütün transseksual hərbçilərinin işdən çıxarılmasına səbəb olacaq fərman imzalayacağı bildirilib. Qeyd olunub ki, fəal orduda 15 minə yaxın transseksual var və onların tibbi səbəblərə görə xidmətə yararsız kimi tərxis olunması planlaşdırılır. Mənbənin sözlərinə görə, yeni fərman 2018-ci ilin martında Trampın birinci dövründə qəbul edilmiş əvvəlki fərmandan daha sərt olacaq. Co Bayden isə bu qərarı 2021-ci ilin yanvarında ləğv edib.
QAZİLER.AZ