“Ukrayna prezidenti Volodimir Zelenskinin ofisində bütün daxili görüşlər və danışıqlar rus dilində aparılır”.
Qaziler.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident ofisinin keçmiş müşaviri Aleksey Arestoviç bildirib. “Strana.ua” nəşrinin yazdığı xəbərə görə, Arestoviç Zelenskinin bloger Leks Fridmana rus xalqına hörmət etməməsi və rus dilində danışmaq istəməməsi barədə bəyanatını belə şərh edib:
“Bankova ilə bağlı bütün danışıqlar rus dilində, pərdəarxası bütün danışıqlar rus dilində aparılıb. Prezident ofisi rusca danışılan yerdir. İstisnasız hər kəs, o cümlədən Zelenski. Həmişə. Daxili istisnalar yoxdur, bu, yalnız rəsmi xarakter daşıyır”, – Aretoviç vurğulayıb.
O, etiraf edib ki, müşavir olduğu müddətdə ofisdə heç kimin Ukrayna dilində danışdığını eşitməyib. Aretoviçin sözlərinə görə, üstəlik indi Bankova ilə bağlı vəziyyət tam olaraq eynidir.
QAZİLER.AZ