İran qüvvələrinin böyük hissəsini Suriyadan çıxarıb

İran qüvvələrinin böyük hissəsini  Suriyadan çıxarıb backend

İranyönlü silahlı qüvvələrin əksəriyyəti keçmiş dövlət başçısı Bəşər Əsədin qaçmasından sonra Suriyanı tərk edib.

Qaziler.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazıb.

Qərb və ərəb ölkələrinin rəsmiləri iddia edirlər ki, Suriya Ərəb Respublikasında hakimiyyətin müxalifətə keçdiyi vaxt minlərlə iranlı döyüşçü Dəməşqdə qalıb və onların əksəriyyəti ölkənin şərqində cəmləşib.

“Amerika, Avropa və Ərəb rəsmilərinin bildirdiyinə görə, dekabr ayında Suriya prezidenti Bəşər Əsəd rejiminin süqutundan sonra İrana məxsus qüvvələr Suriyadan böyük ölçüdə geri çəkilib”, - nəşrin yazısında qeyd olunub.

QAZİLER.AZ

Diaspora