“Aİ-nin bir hissəsi olmaq istəyən Ukrayna Avropa iqtisadiyyatını çox çətin vəziyyətə salıb”.
Qaziler.az “NEWS.ru”ya istinadla bildirir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto slovakiyalı həmkarı Yuray Blanar ilə telefon danışığından sonra bildirib. Belə ki, o, “Facebook” hesabında Kiyevin Rusiya qazının assosiasiya ölkələrinə, o cümlədən Avstriya, Macarıstan və Slovakiyaya tranzitini dayandırmaq qərarını şərh edib.
“Bu, xüsusilə Mərkəzi Avropa üçün vacibdir və ona görə də Ukraynanın qərarı ilə bağlı vəziyyəti təhlil etmək üçün həmkarım, Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanarla telefon danışığı apardıq”, -deyə Siyarto yazıb.
“Qazprom” bildirib ki, Rusiya qazının Ukrayna ərazisindən tranzitlə Avropaya nəqli 2025-ci il yanvarın 1-də Moskva vaxtı ilə saat 08:00-dan etibarən tamamilə dayandırılıb. Şirkət yanacağın tədarükü ilə bağlı Ukraynanın “Naftoqaz” şirkəti ilə 5 illik müqavilənin başa çatdığını xatırladıb. “Qazprom” əlavə edib ki, Kiyev müqaviləni yeniləməkdən imtina etdikdən sonra şirkətin qaz tədarükü üçün texniki və hüquqi imkanları yoxdur.
QAZİLER.AZ