Britaniyanın mərhum kraliçası II Yelizavetanın oğlu, dövlətə xəyanətdə şübhəli bilinən və zorakılıqda ittiham olunan şahzadə Endryu polis bölməsinə aparılıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Jurnalistlərin dediyinə görə, o, 2002-ci ildə “Naples Gold Limited”i qurarkən saxta "Endryu İnverness" adından istifadə edib.
“64 yaşlı York hersoqu 2002-ci ildə idman pərakəndə satış şirkəti Yohan Elias ilə birlikdə “Naples Gold Limited”i qurarkən "İnverness Endryu" təxəllüsündən istifadə edib”, - açıqlamada qeyd olunub.
Şahzadəyə qarşı şikayət siyasi fəal Qrem Smit tərəfindən verilib. Hazırda polis məsələni araşdırır.
QAZİLER.AZ