Dnestryanı bölgənin enerji sistemi tamamilə sıradan çıxa bilər. Problem Rusiya qazının tədarükünün dayandırılması səbəbindən sistemin həddindən artıq yüklənməsinə görə yaranıb.
Qaziler.az bildirir ki, bu barədə “NewsMaker” məlumat dərc edib.
Moldova Energetika Nazirliyinin dövlət katibi Konstantin Borosan Dnestryanıda elektrik enerjisi defisitinin təxminən 30% təşkil etdiyini bildirib.
“Hazırda regionda maksimal yük 219 meqavat təşkil edir, lakin Dnestryanı bölgənin nəzarətində olan Moldova Dövlət Rayon Elektrik Stansiyasının və Dubossar Su Elektrik Stansiyasının maksimum hasilatı cəmi 154 meqavatdır, yəni kəsir 65 meqavatdır”, - deyə məlumatda bildirilib.
QAZİLER.AZ