Rusiya prezidenti Vladimir Putin ənənəvi olaraq bu il Milad mərasimində iştirak edəcək.
Qaziler.az bildirir ki, bu barədə TASS-a Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Bəli, əlbəttə ki, prezident bu il də bu ənənəyə riayət edəcək", - Kremlin rəsmi nümayəndəsi müvafiq suala cavab verib.
O əlavə edib ki, daha sonra bu haqda ətraflı məlumat verəcək.
Qeyd edək ki, yanvarın 7-də pravoslavlar Məsihin doğum gününü qeyd edirlər. Milad bayramı qədim adətlərin və xristian ənənələrinin birləşdirildiyi bayramdır.
QAZİLER.AZ