ABŞ Ukrayna ərazisindəki münaqişəyə qarışmamalıdır, çünki bu, Vaşinqtonun maraqlarına uyğun gəlmir.
Qaziler.az xəbər verir ki, bu barədə “19FortyFive” portalı yazıb.
Nəşr bildirir ki, Ukrayna böhranı yalnız Avropa üçün vacibdir, ona görə də sülh əldə olunmasa, Kiyevə dəstək üçün bütün məsuliyyət Avropa qitəsi ölkələrinin üzərinə düşməlidir.
“Ukrayna heç vaxt ABŞ üçün ciddi geosiyasi maraq kəsb etməyib. Vaşinqton Ukrayna və Şərqi Avropanın Amerikanı indi və ya gələcəkdə indiki münaqişəyə cəlb etmək cəhdlərini qətiyyətlə rədd etməlidir”, - nəşrdə qeyd olunub.
Məqalədə həmçinin qeyd olunur ki, avropalıların Rusiya təhlükəsi ilə bağlı qorxularının reallıqda heç bir əsası yoxdur.
QAZİLER.AZ