Vaşinqtonda fövqəladə vəziyyət elan edilib

Vaşinqtonda fövqəladə vəziyyət elan edilib backend

ABŞ-nin paytaxtı Vaşinqtonda qar yağması səbəbindən yanvarın 7-dək fövqəladə vəziyyət elan edilib.

Bu barədə şəhər meri Muriel Bouzerin ofisinin açıqlamasında deyilir.

Qarın yağması fonunda şəhər sakinləri fəal şəkildə bişmiş məmulatlar, su, ət, kolbasa və toyuq əti almağa başlayıblar.

ABŞ-nin 12 ştatında qar yağması səbəbindən elektrik enerjisinin kəsilməsi gözlənilir. Eyni zamanda, ölkənin cənubunda güclü tufan müşahidə olunacaq.

Report.az

Diaspora