“Türkiyə Hava Yolları” aviaşirkəti Şarm Əl-Şeyx şəhərinə bütün reysləri noyabrın 16-dək təxirə salıb. APA-nın məlumatına görə, bu barədə şirkətin saytında dərc edilmiş məlumatda bildirilir.
Məlumatda bildirilir ki, təhlükəsizliyin təmin olunmasında yaranan problemlər uçuşların dayandırılmasına səbəb olub.
Bundan əvvəl “Türkiyə Hava Yolları” Şarm Əl-Şeyx şəhərinə gecə saatlarında uçuşlara məhdudiyyət qoyub.
Xatırladaq ki, “Airbus A321”un qəzaya uğraması nəticəsində 224 nəfər ölüb.