Romada iki bölgə “qırmızı zona” elan olunacaq

Romada iki bölgə “qırmızı zona” elan olunacaq backend

İtaliya paytaxtı Romanın “Termini” dəmir yolu stansiyasının ərazisi və Esquilino rayonu “qırmızı zona” elan olunacaq.

QAZÍLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, bu addım Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli çərçivəsində paytaxtı ziyarət edəcək turist və zəvvarların təhlükəsizliyini təmin etmək üçün atılır. “Qırmızı zona” kimi müəyyən edilən ərazilərdə və digər məntəqələrdə təhlükəsizlik qüvvələrinin sayı xeyli artırılacaq.

Daxili İşlər Nazirliyi daha əvvəl analoji addımı Florensiya, Boloniya, Milan və Neapolda atıb.

Diaspora