Danimarkanın tərkibində muxtariyyət statusuna malik Qrenlandiyanın Baş naziri Mute Eqede müstəqillik istədiklərini bəyan edib.
QAZÍLER.AZ APA-ya istinadən verdiyi xəbərə görə, Mute Eqede deyib ki, Danimarka Krallığı ilə əməkdaşlıqları tam bərabərliyin təmin olunmasına gətirib çıxarmayıb.
“Əgər biz bundan sonra da Danimarka Konstitusiyasından çıxış etsək, bərabərhüquqlu əməkdaşlığa nail olmaq mümkün olmayacaq. Bizim digər ölkələrlə əməkdaşlığımız və ticarət əlaqələrimiz yalnız Danimarka üzərindən davam edə bilməz. Son illər Qrenlandiya parlamenti və hökuməti əsas məqsədi Danimarkadan ayrılmaq olan Konstitusiyamızın hazırlanması istiqamətində addımlar atmaq üçün birgə çalışıb”, - deyə Baş nazir vurğulayıb.
Qeyd edək ki, Qrenlandiya dünyada ən böyük adadır.