HAMAS özünün “Telegram” kanalında girov götürülmüş israilli qızın videosunu yayıb.
QAZÍLER.AZ APA-ya istinadən xəbər verir ki, özünü Liri Albaq kimi təqdim edən və 19 yaşında olduğunu deyən qız videoda hazırda onun və digər girovların taleyinin İsrail ordusunun Qəzza zolağını tərk edib-etməməsindən asılı olduğunu bildirib.
O qeyd edib ki, İsrail ordusu hərbi əməliyyatlar vasitəsilə girovları azad edə bilməyəcək.
Videonun harada və nə vaxt çəkildiyi barədə məlumat yoxdur, lakin girov “450 gündən çox”dur əsir olduğunu bildirir.