Cənab Maskın rəğbətini qazanmağın mümkün olduğunu düşünmürəm, bunu başqalarının öhdəsinə buraxıram.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts “Ştern”ə müsahibəsi zamanı amerikalı sahibkar İlon Maskın onu “axmaq” adlandırmasına münasibət bildirərkən deyib.
“Bu, yeni bir şey deyil. Varlı media maqnatları 19-cu əsrdən bəri sosial demokratları danlayır. Biz soyuqqanlı olmalıyıq. Sosial şəbəkələrdə bir çox insan sərt ifadələrlə diqqəti cəlb etmək istəyir. Lakin qayda sadədir: Trolu qidalandırmayın”, - o bildirib.
Eyni zamanda o, Maskın AfD partiyasını dəstəkləməsindən narahatlığını ifadə edib:
“Bu partiya Rusiya ilə yaxınlaşmağa meyillənib”.
Xatırladaq ki, Mask bundan əvvəl sosial şəbəkədə Olaf Şoltsun adını təhrif edərək, onu “axmaq” adlandırmış və Almaniya üçün Alternativ (AfD) partiyasına dəstəyini ifadə etmişdi.