Rusiyanın Yekaterinburq şəhərində izdihamlı yerdə partlayış törətməyi planlaşdıran 4 yeniyetmə saxlanılıb.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Bildirilib ki, onlardan ikisinin əvvəllər polis avtomobilini yandırmaqda əli olduğu müəyyən edilib.
"FTX tərəfindən 2007 və 2008-ci illərdə anadan olmuş, Rusiyada terror təşkilatının ideyalarını bölüşən və Yekaterinburqda izdihamlı yerlərdə partlayıcı qurğudan istifadə etməklə terror aktı törətməyi planlaşdıran 4 Rusiya vətəndaşı saxlanılıb", - mərkəzdən bildirilib.
Onlardan partlayıcı qurğunun komponentləri, eləcə də onun hazırlanması ilə bağlı təlimatlar olan rabitə vasitələri götürülüb.
Saxlanılanların cinayət fəaliyyətinə dair sübutların toplanması davam etdirilir.