Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin keçmiş prezidenti Nursultan Nazarbayevin 2021-ci ildə Astana Klubunun iclasında verdiyi bəyanatların, eləcə də həmin il MDB-nin qeyri-rəsmi sammitində iştirakının ölkədə hakimiyyət böhranına səbəb olması barədə fikir bildirib.
QAZÍLER.AZ Publika.az-a istinaden xəbər verir ki, bu barədə Tokayev bildirib.
O xatırladıb ki, Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsində olan Nazarbayev ölkə prezidenti postunu tərk etdikdən sonra “siyasi incəliyi ilə seçilməyib” və daima baş nazirin, Mərkəz Bankının sədrinin, nazirlərin, məmurların və s. iştirakı ilə görüşlər keçirib. Bu görüşlər ölkədə ikili hakimiyyət haqqında söz-söhbətlərə səbəb olub: "Bu vəziyyətə görə bürokratik təbəqə çaşqınlığa düşdü. Onlar əvvəlcə bir ofisə, sonra digərinə baş çəkdilər və göstərişlərdə çaşqınlıq yarandı".
"Hakimiyyətin real böhranını əvvəlcədən müəyyənləşdirən hadisələr Nursultan Nazarbayevin 2021-ci ilin noyabrında Astana Klubunun iclasında Akordaya qayıtmağın mümkünlüyü ilə bağlı bəyanatları olub. Həmçinin keçmiş prezidentin həmin ilin dekabrında Sankt-Peterburqda MDB sammitində iştirakı da böhrana gətirib çıxarıb", - Tokayev qeyd edib.
Onun sözlərinə görə, 2022-ci ilin yanvarında baş verən iğtişaşlar ölkədə ikili hakimiyyətə yer olmadığını, hakimiyyətin konsolidasiya edilməli olduğunu öyrətdi.