BMT: Burundidə etirazlar başlanandan 240 nəfər ölüb

BMT: Burundidə etirazlar başlanandan 240 nəfər ölüb backend

Burundidə hökumətə qarşı etirazlar başlanandan azı 240 nəfər ölüb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseyn bəyan edib.


“Burundidə apreldən etibarən azı 240 nəfər ölüb. Ölkədə işgəncə və digər qeyri-insani rəftar və cəzalar qeydə alınıb”, deyə BMT rəsmisi bildirib.

Qeyd edək ki, Burundidə yaşanan böhranla əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib.