Latviya Ukraynaya təhvil vermək üçün 1000-dən çox dron hazırlayıb. Bunlar müxtəlif tipli dronlar olacaq.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Latviyanın müdafiə naziri Andris Spruds bildirib.
Sprudsun məlumatına görə, bu il Ukrayna üçün pilotsuz təyyarələrin son partiyası 1000-dən çox müxtəlif tipli döyüş təyyarələrindən ibarətdir.
“Latviya pilotsuz təyyarələri istehsalçıları ilə birlikdə biz Ukraynaya dəstək verməyə davam edirik, 1000-dən çox müxtəlif tipli döyüş pilotsuz uçan aparatlarından ibarət sonuncu partiya hazırlanıb”, - deyə Spruds yazıb.
O xatırladıb ki, dron koalisiyasına Latviya və Böyük Britaniya rəhbərlik edir. Nazirin sözlərinə görə, 2025-ci ildə Latviya koalisiya çərçivəsində pilotsuz uçuş aparatlarının alınması üçün daha 20 milyon avro ayıracaq.
QAZİLER.AZ