Belçika birdəfəlik elektron siqaretlərin satışını qadağan edib

Belçika birdəfəlik elektron siqaretlərin satışını qadağan edib backend

Bu, Avropa İttifaqı daxilində ilk belə qadağadır.

Birdəfəlik elektron siqaretlərin satışına qadağa 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Belçikanın səhiyyə naziri Frank Vandenbrouke qadağanı vətəndaşların sağlamlığı və ətraf mühitin qorunması ilə bağlı narahatlıqla izah edib.

Apnews.com yazır ki, əsas səbəblər bu cihazların yeniyetmələr arasında populyarlığı və onların təhlükəli tullantıların yaranmasına mühüm töhfə verməsidir.

Qadağanın məqsədi gənclər arasında nikotin asılılığını azaltmaqdır.

Səhiyyə naziri Frank Vandenbrouk ucuz elektron siqaretlərin yeniyetmələrin siqaret və nikotinə alışmasının asan bir yolu olduğu üçün sağlamlıq üçün təhlükəyə çevrildiyini söyləyib.

QAZİLER.AZ

Diaspora