Kanadada 4,1 bal gücündə zəlzələ baş verib

Kanadada 4,1 bal gücündə zəlzələ baş verib backend

Kanadanın Kvebek əyalətinin qərb hissəsində 4,1 bal gücündə zəlzələ baş verib və yeraltı təkanları Ottava və Monreal sakinləri hiss ediblər.

Qaziler.az bildirir ki, bu, Kanada hökumətinin dekabrın 29-da baş vermiş zəlzələ ilə bağlı məlumatlarında yer alıb.

Bildirilir ki, seysmik hadisənin mənbəyi 18 km dərinlikdə, episentri isə Ottavadan təxminən 130 km şimalda yerləşən Manivaki kəndindən 75 km şimal-qərbdə olub. Tələfat və dağıntı olmayıb.

CTV kanalının məlumatına görə, ətraf icmaların və kiçik şəhərlərin, eləcə də Ottava və Monrealın bir sıra ərazilərinin sakinləri yeraltı təkanlar hiss etdiklərini bildiriblər. 

QAZİLER.AZ

Diaspora