Cənubi Koreyada təyyarə qəzasının ilkin versiyaları açıqlanıb.
Apa xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, əsas versiyalar arasında quşlarla toqquşma, mühərrikdə, şassidə, əyləc sistemində nasazlıqlar, həmçinin fövqəladə hallarda uçuş-enmə zolağının kifayət qədər uzunluqda olmaması var.
Qeyd edək ki, Cənubi Koreyada sərnişin təyyarəsi eniş zamanı uçuş-enmə zolağında maneəyə çırpılıb. Nəticədə təyyarədə olan 179 nəfərin hamısı həlak olub. Baş verən hadisə ilə əlaqədar ölkə ərazisində bir həftəlik matəm elan olunub.