Suriyanın yeni lideri Əhməd əl-Şaraa İranı regional “müdaxilə” siyasətinə yenidən baxmağa çağırıb.
Qaziler.az xəbər verir ki, bu barədə o, “Al Arabiya” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, “müxalifət qüvvələri Əsədin devrilməsinə səbəb olan hücum zamanı Suriyada İranın mövqelərini müdafiə edib”.
Əl-Şara bildirib ki, İran Əsədin əsas dəstəkçilərindən biri olmasına baxmayaraq, müxalifət döyüşçüləri bu yanaşmaya əməl ediblər.
“Bu hərəkətlərə cavab olaraq, Tehrandan müsbət jestlər gözləyirdim, lakin belə jestlər gəlmədi", - Əhməd əl-Şaraa deyib.
QAZİLER.AZ