Fransa Vətənpərvərləri Partiyasının lideri Florian Filippo Avropa Məhkəməsinin Parisi qanunsuz miqrantların ailələrinə müavinət ödəməyə məcbur edən qərarına cavab olaraq Fransanı Aİ-dən çıxmağa çağırıb.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə siyasətçi “X” sosial şəbəkəsində yazıb.
O, KİV-ə istinadən deyib ki, artıq xarici vətəndaşlardan müavinət almaq üçün övladlarının Fransaya müntəzəm daxil olmasını sübut etmək tələb olunmur. Filippo bu qərarı Fransanın suverenliyinin pozulması kimi qiymətləndirib. O, paylaşımında Aİ qanunlarının Fransa Konstitusiyası da daxil olmaqla milli qanunvericilik qanunlarından üstün olmasından qəzəbləndiyini bildirib.
O, “Frexit”i (Fransanın Aİ-dən çıxmasını) “dəliliyi dayandırmağın” və ölkənin miqrasiya siyasətinə nəzarətini qaytarmağın yeganə yolu adlandırdib.
QAZİLER.AZ