Əfqanıstanda evlər elə tikiləcək ki, qadınlar pəncərədən görünməsin

Əfqanıstanda evlər elə tikiləcək ki, qadınlar pəncərədən görünməsin backend

Əfqanıstan İslam Əmirliyinin Ali rəhbəri Həybətullah Axundzadə əfqan qadınların evlərində həm ayaq üstə, həm də oturan halda görünməməsi üçün pəncərələrin və havalandırma yerlərin layihələndirilməsi və tikintisini tənzimləmək məqsədilə fərman imzalayıb.

Qaziler.az xəbər verir ki,bu barədə “Tolo News” məlumat yayıb.

Fərmanda vurğulanıb ki, əgər kimsə digər evə yaxın ev tikmək istəyirsə, o zaman yeni evin pəncərələrini qonşunun mətbəxinə tərəf qoymaq mümkün olmayacaq. Ancaq padval və ya qadınların oturduğu yerlərə tərəf tikməyə icazə veriləcək.

“Bununla belə, əgər kimsə evinə qonşusunun evinə tərəf baxan pəncərə qoymaq qərarına gəlsə, o zaman onun qarşısında insan hündürlüyündə divar çəkməli və ya “qonşunun başqa yolla zərər görməsinin qarşısını almağa” borcludur”, - əmrdə qeyd olunub.

QAZİLER.AZ

Diaspora