Qırmızı dəniz sahilindəki Əl-Salif və Rəs İsa limanları ərazisində Yəmənin Ənsar Allah hərəkatının - husilərin obyektlərinə aviazərbələr endirilib.
Qaziler.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Ras İsa limanında yerləşən üsyançıların neft terminalı yaxınlığındakı kazarmalarına iki zərbə endirilib.
Husilər isə öz növbəsində liman infrastrukturuna dəyən ziyana görə İsraili günahlandırıblar.
QAZİLER.AZ