Suriyada seçkilərin təşkili ən azı dörd il çəkə bilər.
Qaziler.az xəbər verir ki, bunu “Al Arabiya” telekanalına müsahibəsində ölkənin yeni lideri, həmçinin Əbu Məhəmməd əl-Culani kimi tanınan Əhməd əl-Şaraa deyib.
Onun sözlərinə görə, əvvəlcə respublikada əhalinin ümumi siyahıyaalınması aparılmalıdır.
“Seçkilərin təşkili dörd il çəkə bilər. İstənilən real seçki üçün ümumi siyahıyaalma aparılmalıdır”, - Əhməd əl-Şaraa deyib.
QAZİLER.AZ