Rusiyalı deputat Aktaudakı təyyarə qəzasında ABŞ-ni günahlandırdı

Rusiyalı deputat Aktaudakı təyyarə qəzasında  ABŞ-ni günahlandırdı backend

Rusiya Dövlət Dumasının deputatı və Dumanın Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev Aktauda 38 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasında son bir neçə ildir Ukraynanı silahla təchiz edən ABŞ-nin günahkar olduğunu bildirib.

Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir.

Millət vəkili Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktauda qəzaya uğramasını Amerikanın yürütdüyü siyasətin nəticəsi adlandırıb.

“Maraqlıdır, Ağ Ev nümayəndəsi Vaşinqtondan 10 min kilometr aralıda yerləşən Qafqaz üzərində Ukrayna pilotsuz təyyarələrinin mülki təyyarənin sakit enişinin qarşısını almaq üçün əlindən gələni etdiyini görübmü? O, bütün bunların ABŞ-nin son illərdə Ukraynaya göndərdiyi silahların nəticələri olduğunu anladımı?”, - Juravlev sualla müraciət edib.

Deputat xatırladıb ki, bu cür İHA hücumları ABŞ prezidenti Co Baydenin Rusiyadakı hədəflərə istənilən Qərb silahı ilə zərbə endirmək üçün rəsmi icazəsindən sonra başlayıb. Juravlev Vaşinqtonun hadisəyə görə “ən azı müəyyən dərəcədə” özünü günahkar hiss edib-etmədiyini və qurbanların ailələrinə kömək etməyə hazır olub-olmadığını da soruşub.

“Rusiya bunu edir və ilk növbədə Ukrayna pilotsuz təyyarələrinin hücumları nəticəsində baş vermiş faciəvi səhvə görə bütün məsuliyyəti öz üzərinə götürməyə hazırdır. Üstəlik, Rusiya prezidenti azərbaycanlı həmkarından üzr istəyib, lakin planetin o tayının rəsmiləri bu vəziyyətə, ümumiyyətlə burnunu soxmamalıdırlar, bu, artıq orada açıq-aydın görünür”, - deyə parlamentari məsələ ilə bağlı fikirlərini yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora