"Dəməşqin Moskva ilə münasibətlərdə strateji maraqları var".
Qaziler.az xəbər verir ki, bunu Suriyanın yeni hökumətinin başçısı, eyni zamanda İslamçı “Heyət Təhrir əl-Şam” qrupunun lideri Əhməd əl-Şaraa bildirib.
“Al Arabiya”ya müsahibəsində o, Rusiyanın bölgəni tərk etməsini istəmədiyini vurğulayıb.
“Rusiya dünyanın ikinci ən güclü ölkəsidir və böyük əhəmiyyət kəsb edir. Biz Rusiyanın Suriya ilə münasibətlərinə zidd şəkildə bölgədən getməsini istəmirik", - Əhməd əl-Şaraa açıqlayıb.
QAZİLER.AZ