Husilər Yəmən üzərində Amerika dronunun məhv edildiyini bildiriblər

Husilər Yəmən üzərində Amerika dronunun məhv edildiyini bildiriblər backend

Yəməndə husilər Beyda əyaləti üzərində səmada Amerikaya məxsus MQ-9 Reaper pilotsuz uçuş aparatını (PUA) vurublar.

Qaziler.az bildirir ki, bu barədə dekabrın 28-də husilərin hərbi nümayəndəsi Yəhya Sariya Telegram kanalında məlumat verib.

“Yəmən silahlı qüvvələrinin hava hücumundan müdafiəsi Əl-Beyda əyalətinin hava məkanında düşmənçilik missiyaları yerinə yetirən Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub. Pilotsuz təyyarə yerli istehsal olan yer-hava raketi ilə vurulub”, - Saria yazıb.

Yəmən husilərinin hərbi nümayəndəsi əlavə edib ki, bu yaxınlarda hava hücumundan müdafiə sistemi tərəfindən vurulan 13-cü PUA-dır.

QAZİLER.AZ

Diaspora