Rumıniyada hakim koalisiya təkrar prezident seçkilərinin vaxtı ilə bağlı qərar verib. İlk tur mart ayında keçirilməlidir.
Qaziler.az bildirir ki, bu barədə “Digi 24” saytı məlumat yayıb.
Nəşr mənbələrə istinadən yazır ki, bu gün koalisiya tarixlərlə bağlı qərar verib.
Birinci turun 23 mart, ikinci turun 6 aprel 2025-ci il tarixində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, hazırkı baş nazir Marçel Çolakunun Sosial Demokrat Partiyasının Avropayönlü koalisiyası, Milli Liberal Partiyası və etnik macar partiyası UDMR artıq vahid namizəd kimi Krin Antoneskunu dəstəkləyəcəklərini bəyan ediblər.
Digərləri arasında, yarışda Rumıniya Xilas İttifaqından Elena Laskoni, eləcə də müstəqil namizədlər Kelin Georgesku, Nikuşor Dan və Daniel Funeriu iştirak edəcək.
Rumıniyanın Konstitusiya Məhkəməsi noyabrın sonunda keçirilən birinci turun ləğvi barədə qərar qəbul etdikdən sonra prezident seçkiləri təkrarlanacaq.
QAZİLER.AZ