Pearl Harbor hadisəsinin ən yaşlı iştirakçısı 105 yaşında vəfat edib

Pearl Harbor hadisəsinin ən yaşlı iştirakçısı 105 yaşında vəfat edib backend

ABŞ-da 1941-ci ildə Pearl Harbor bazasında baş vermiş hadisələrin sağ qalan ən yaşlı iştirakçısı və USS Utah döyüş gəmisinin sağ qalan sonuncu ekipaj üzvü Uorren Apton 105 yaşında vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə dekabrın 28-də "Associated Press" (AP) məlumat yayıb.

Apton sətəlcəm nəticəsində yaranan uzun ağırlaşmalardan sonra dekabrın 25-də Kaliforniyada xəstəxanada vəfat edib.

Yapon təyyarələri ABŞ hərbi dəniz bazasına hücum edəndə onun 22 yaşı olub.

O, müsahibələrində bildirib ki, ikinci torpedonun onun olduğu gəmiyə dəyməsindən sonra gəmi batıb. Apton üzərək Ford adasına çatıb və orada hava zərbələrindən gizlənə bilib. Yarım saatdan sonra adam təxliyə edilb.

Nəşr qeyd edib ki, Uptonun ölümündən sonra bu hücumdan sağ qalanlar yalnız 15 nəfərdir.

1941-ci ildə Yaponiyanın Pearl Harbor dəniz bazasında Amerika qüvvələrinə hücumu ABŞ-ın İkinci Dünya Müharibəsində iştirakına səbəb oldu.

QAZİLER.AZ

Diaspora