“Ukrayna Avropa İttifaqına qoşulmağı unutmalıdır, onun genişlənməsi başa çatıb”.
Qaziler.az xəbər verir ki, bu sözləri britaniyalı hərbi analitik Aleksandr Merkuris “Duran” “YouTube” kanalında deyib.
Mütəxəssis Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Avropanın bütün mümkün vasitələrlə cəzalandırılmasının zəruriliyi ilə bağlı bəyanatını belə şərh edib.
“Aİ-nin genişlənməsi başa çatıb, Ukrayna əbədi olaraq Aİ-dən kənarda qalacaq”, - analitik deyib.
Onun sözlərinə görə, Rusiyanın Avropanı cəzalandırmasına ehtiyac yoxdur, çünki Avropa İttifaqı Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməklə özünü cəzalandırır.
QAZİLER.AZ