Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Xarici İşlər Nazirliyindəki rotasiyaları sistemin yenilənməsi və onun qüsurlarının aradan qaldırılması kimi təqdim edir.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Ukraynanın keçmiş diplomatı Rostislav İşçenko Ukrayna səfirlərinin kütləvi şəkildə dəyişdirilməsindən danışarkən deyib. Onun dediklərinə görə bu, həmvətənlərində parlaq gələcəyə inamı aşılamaq üçün edilir. Lakin reallıqda diplomatlar xaricə qaçdıqları üçün dəyişdirilir, - deyə Rostislav izah edib.
Agentlik Ukrayna mətbuatında dərc olunan yazıları təhlil edərək belə qənaətə gəlir ki, diplomatlar ön plandadırlar və hər fürsətdə ölkədən qaçırlar. İndi Zelenski konkret tapşırıqlar üçün diplomatik korpus seçir, çünki o, bütün dünyanın Ukraynanın maraqlarından çıxış etməsini istəyir.
“O, konkret tapşırıqlar üçün diplomatik korpus seçir. O istəyir ki, bütün dünya Ukraynanın maraqlarından çıxış etsin, başqa heç nə. Əgər kimsə Kiyevə qulaq asmırsa, ona qarşı kobudluq edir. Ona görə də belə işləməyə hazır olanları səfir təyin edirlər”, - İşçenko vurğulayıb.
QAZİLER.AZ