Almaniya kansleri Olaf Şolts ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna münaqişəsinə son qoymaq istədiyini bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə Almaniya kansleri “T-Online”a müsahibəsində deyib. Siyasətçi əlavə edib ki, o, artıq iki dəfə Amerikanın yeni lideri ilə bu mövzunu müzakirə edib.
“Məndə belə bir təəssürat yarandı ki, o da bizim kimi əmindir ki, bu, yalnız Ukraynanın hərbi cəhətdən güclü olacağı təqdirdə mümkün olacaq”, - Şolts qeyd edib.
Bundan əvvəl “The Financial Times” yazıb ki, Tramp Ukraynanı təhlükəsizlik zəmanəti olmadan sülh sazişi imzalamağa məcbur edə bilər.
QAZİLER.AZ