Suriyanın yeni hakimiyyət orqanları Rusiyanın Latakiya və Tartus əyalətlərindəki hərbi bazalarından istifadə etməklə bağlı razılaşmaları yaxın gələcəkdə pozmağı planlaşdırmır.
Qaziler.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, Rusiya hazırda qarşı tərəflə danışıqlar aparır.
“Rusiya öz bazalarının hüquqi statusunu saxlamağa çalışır. Danışıqlar hərbi əməliyyatların və rejim dəyişikliyinin fors-major hal kimi qiymətləndirilməməsi, Tartus və Latakiya əyalətlərində obyektlərin uzunmüddətli icarə müqavilələrinin ləğvi üçün əsasların olmamasına yönəlib. Danışıqlar başa çatana qədər Suriya tərəfi müqaviləni pozmaq niyyətində deyil”, - mənbə bildirib.
QAZİLER.AZ