Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus İsrailin Səna hava limanına hava zərbələri endirdikdən sonra Yəməndən çıxa bildiyini söyləyib.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə o, “X” sosial şəbəsində paylaşım edib.
"Bu gün Yəmənin Səna hava limanına dünənki hücum zamanı yaralanan həmkarımızı təxliyə edə bildik", - ÜST rəhbəri bildirib.
Onun sözlərinə görə, o, təyyarəsinin yaralı ekipaj üzvü ilə birlikdə İordaniyadadır və onlara tibbi yardım göstərilir.
Dekabrın 26-da məlum olub ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus Yəmənin Səna hava limanında olarkən, İsrailin hava hücumuna məruz qalıblar. ÜST rəhbəri bildirib ki, hava hücumu nəticəsində Səna hava limanından bir neçə metr aralıda yerləşən binalar zədələnib.
QAZİLER.AZ